Haqsız olaraq 47 il həbs cəzasına məhkum edilən yapon İvao Hakamada haqsız yerə məhkum olunaraq 47 il həbsdə qaldığı üçün 1,4 milyon dollar təzminat alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya mətbuatı yazıb.
Yaponiyanın Şizuoka prefektura dairə məhkəməsi qondarma ittihamlarla 47 il həbsdə yatmış 89 yaşlı Hakamadaya təxminən 217 milyon yen (təxminən 1,44 milyon dollar) təzminat ödəməyə qərar verib. Bu, Yaponiya məhkəmələri tərəfindən baxılan bu cür iddialar üçün rekord məbləğdir.
Qeyd edək ki, Hakamada 1966-cı ildə Şizuoka prefekturasında dörd nəfərlik bir ailənin qətlində ittiham olunurub. O, ölüm cəzasına məhkum edilib. Lakin 2024-cü ilin oktyabrında məhkəmədə ona bəraət verilib. Məhkəmə müəyyən edib ki, istintaq iş üzrə saxta sübutlar hazırlayıb.
Bizim.Media