Buryaçenko: “Ukraynada rusyönümlü hakimiyyət qurula BİLƏR” – ÖZƏL

“İlk növbədə qeyd etmək lazımdır ki, atəşkəs məsələsində müvəqqəti sülh və davamlı barış arasında fərq mövcuddur. Hazırda ABŞ-ın moderatorluğu ilə Ukrayna və Rusiya arasında aparılan danışıqlarda məhz 30 günlük atəşkəs məsələsi müxtəlif konfiqurasiyalarda müzakirə olunur. Ukrayna, təklif edilən ümumi atəşkəsi (bütün təmas xətti boyunca, dənizdə, havada və quruda) tam şəkildə qəbul edərək, sülhə meyilli olduğunu və dialoqa hazır olduğunu göstərdi.

Lakin Putin, Tramp ilə telefon danışığından sonra bu təklifi faktiki olaraq rədd etdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko deyib.

Analitik hesab edir ki, Rusiya sülhdə maraqlı olsaydı, Trampla məlum telefon danışığının ardınca Ukraynaya hücum etməzdi.

“Tramp və Putin arasında razılaşdırılan yeganə məsələ enerji infrastrukturuna hücum etməmək və digər məsələlərin müzakirəsi üçün işçi qrupları vasitəsilə danışıqlara davam etmək idi.

Maraqlıdır ki, onların telefon danışığından dərhal sonra Rusiya Donetsk və Sumı bölgələrində enerji infrastrukturuna hücum etdi. Bu addım, Rusiyanın konstruktiv dialoqa və verdiyi sözlərə əməl etməyə hazır olmadığına dair şübhələri daha da artırdı”, - deyə politoloq bildirib.

Rusiya işğal etdiyi ərazilərə tam nəzarət edə bilmir:

“Eyni zamanda, Rusiya dinc Ukrayna şəhərlərini atəşə tutmağa davam edərkən, müvəqqəti atəşkəs üçün qeyri-realist və qeyri-adekvat tələblər irəli sürür. Rusiya bu tələblər sırasında Ukraynanın dörd vilayəti (Donetsk, Luqansk, Xerson və Zaporojye) üzərində qanuni nəzarət tələb edir. Maraqlıdır ki, Rusiya bu vilayətləri öz Konstitusiyasına daxil etsə də, hələ tam olaraq nəzarət edə bilmir, xüsusən də Xerson və Zaporojye şəhərlərinə. Bundan əlavə, Rusiya ABŞ-dan müvəqqəti sülh dövründə Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarını dayandırmağı, Ukraynadan isə səfərbərliyi durdurmağı tələb edir”.

Bütün proseslər atəşkəsin real görünmədiyini göstərir...

Analitik əlavə edib ki, ABŞ-nin davranışları Ukraynanın Rusiya tərəfindən işğalına xidmət edir.

“Göründüyü kimi, bu şərtlər, sadəcə müvəqqəti atəşkəs üçün belə, tamamilə qeyri-adekvatdır.

Buna baxmayaraq, ABŞ nümayəndələri hələ də Rusiya ilə dialoqa davam edir və bəzən açıq şəkildə Rusiya təbliğatının narrativlərini təkrarlayır. Məsələn, Zelenskinin guya yalnız 4% dəstəyə malik olması, onun legitimliyinin şübhə altına alınması, Rusiyanın guya Ukraynanı tam mühasirəyə alması kimi iddialar səsləndirilir.

Rusiya tərəfi məharətlə Trampı və onun komandasını manipulyasiya edərək, Ukraynanın mövqelərini zəiflətmək və müzakirələri «dondurmaq» niyyətindədir. Bu isə Ukrayna üçün təhlükəsizlik təminatları olmadan baş verə bilər və nəticədə, Rusiyanın Ukraynada marionet bir hökumət qurmaq planları reallaşa bilər”, - deyə Oleksiy Buryaçenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Kəlbəcərə DOLU YAĞDI

Kəlbəcərə DOLU YAĞDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

End of content

No more pages to load

RADİO