Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqlar 12 saatdan sonra başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Danışıqların detalları hələlik açıqlanmır.
Tərəflər danışıqlarda üç dəfə fasilə elan ediblər.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar aparılıb. Rusiyanı Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və FTX direktorunun müşaviri Sergey Beseda təmsil edib.
Bizim.Media