Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa hədiyyə göndərib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff müsahibələrindən birində deyib.
“Prezident Putin tanınmış rus rəssamına Trampın portretini sifariş verib. Həmin portreti də mənə verdi və onu Donald Trampa çatdırnağımı istədi. Mən də portreti Ağ Evin sahibinə verdim”, - Uitkoff bildirib.
Bizim.Media