"Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb - FOTO

Rusiyanın Rostov-na-Donu şəhərində evsiz bir şəxs (“bomj”) avtobus dayanacağında yad şəxsin pasportunu taparaq onun bank hesabından bir milyon rubldan çox pul çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə KP.RU yazıb.

Belə ki, müəyyən yaşayış yeri olmayan 49 yaşlı Oleq adlı kişi avtobus dayanacağında birinin unutduğu kurtkanı tapıb. Onun cibində Valerinin adına pasport olub. Oleq pasport sahibini tapmağa belə cəhd etməyib və böyük bir bankın filialına gedib, özünü Valeri kimi təqdim edərək onun hesabından 200 min rublu uğurla çıxarıb.
 

Qısa müddətdən sonra o, daha 945 min rubl çıxarıb. Üstəlik, bank işçisi pasportdakı foto ilə müştərinin əsl görünüşü arasındakı fərqə diqqət çəkib.


O isə cavab verib ki, insultdan sonra saqqal buraxıb və gözünün altı şişib.

Pul əldə edən Oleq əylənməyə başlayıb. O, oteldə nömrə tutaraq oğurladığı pulları spirtli içkilərə və qızlara xərcləyib.

“Valeri” bu ərəfədə xəsis olmayıb, oteldə qulluqçulardan birinə 100 min rubl, taksi sürücüsünə isə 40 minə yaxın pul verib.

Otel işçisinin dediyinə görə, bir neçə günlük qaldığı müddətdə o, 544 min rubl xərcləyib.

Pul bitdikdən sonra dələduz yenidən banka getsə də, şübhəli əməliyyatlara görə hesablar bağlanıb. Buna baxmayaraq, kişi bəxtini sınamaq qərarına gəlib və ertəsi gün başqa şöbəyə gedib. Bu zaman məlum olub ki, “Valerinin” pasportu itmiş kimi qeyd edilib və onun əsl sahibi artıq yeni sənəd alıb. Həmin şəxs birbaşa bankda tutularaq nəzarətə götürülüb. Lakin real hesab sahibinin hesabları sığortalandığı üçün heç bir zərər görməyib.

Nəticədə “bomj” məhkum edilib və dələduzluqda təqsirli bilinib. O, dörd il yarım xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlara da leytenant rütbəsi veriləcək - Qanun qəbul edildi

Onlara da leytenant rütbəsi veriləcək - Qanun qəbul edildi

Bu şəxslər hər gün ölümlə üz-üzədir: “Əmək haqları artırılmalıdır”

Bu şəxslər hər gün ölümlə üz-üzədir: “Əmək haqları artırılmalıdır”

"Euronews": "Bakı Ağ Şəhər" şəhər transformasiyasının simvoludur – VİDEO

"Euronews": "Bakı Ağ Şəhər" şəhər transformasiyasının simvoludur – VİDEO

Afrika Millətlər Kuboku: Mərakeş növbəti qələbəsini qazandı

Afrika Millətlər Kuboku: Mərakeş növbəti qələbəsini qazandı

Şuşada minatəmizləmədə YENİ QAYDA

Şuşada minatəmizləmədə YENİ QAYDA

Minatəmizləmədə heyvanlardan da istifadə ediləcək

Minatəmizləmədə heyvanlardan da istifadə ediləcək

Bir filmin tarixçəsi, yaxud bir xalqın qəlbindən keçən yol

Bir filmin tarixçəsi, yaxud bir xalqın qəlbindən keçən yol

Ailəsi ilə birgə bu ölkənin vətəndaşı oldu – FOTO

Ailəsi ilə birgə bu ölkənin vətəndaşı oldu – FOTO

Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏK

Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏK

Bu şəxslərə daha 115 mənzil verildi – FOTO

Bu şəxslərə daha 115 mənzil verildi – FOTO

Kanaldan qadın meyiti tapıldı

Kanaldan qadın meyiti tapıldı

Azərbaycan 2 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR

Azərbaycan 2 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR

Serxio Ramos yenidən Fransaya qayıdır

Serxio Ramos yenidən Fransaya qayıdır

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Pensiyaçılara ŞAD XƏBƏR - Gələn aydan 46 manat artım olacaq

Pensiyaçılara ŞAD XƏBƏR - Gələn aydan 46 manat artım olacaq

“Roma” doğma meydanda qalib gəldi - VİDEO

“Roma” doğma meydanda qalib gəldi - VİDEO

Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

Elşən “Ağsaqqal”ın qızı ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Elşən “Ağsaqqal”ın qızı ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Bayramda EHTİYATLI OLUN – Bu turşulardan zəhərlənə bilərsiniz – FOTO

Bayramda EHTİYATLI OLUN – Bu turşulardan zəhərlənə bilərsiniz – FOTO

Sabah Bakıda atəşfəşanlıq olacaq

Sabah Bakıda atəşfəşanlıq olacaq

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

End of content

No more pages to load

RADİO