Azərbaycanın Füzuli rayonunda axtarış zamanı daha üç erməni hərbçinin leşinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mətbuatı yayıb.
Ölənlər 2-ci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən erməni əsgərləridir. Qalıqların müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.
Atəşkəsdən sonra başlayan axtarış zamanı Azərbaycan ərazisindən, ümumilikdə 1563 erməninin cəsədi və qalıqları tapılaraq Ermənistana təhvil verilib.
Bizim.Media