Cüdoçumuz Aysun Məmmədova Avropa Kubokunda qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya və Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.
Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.
Bizim.Media