Gürcüstanın Ozurgeti rayonunda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, hadisə gecə saatlarında qeydə alınıb. Məntəqəyə daxil olan silahlı şəxs pul tələb edib.
Gürcüstan DİN şəxsin saxlanıldığını açıqlayıb. Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media