XII Qlobal Bakı Forumu BAŞA ÇATDI - FOTO

Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. Forumun sonuncu günündə dörd mövzuda panel iclasları keçirilib.

Bizim.Media xəbər verir ki, Forumun “Gənclər danışsın, biz dinləyək” mövzusunda sonuncu panel iclasının ikinci hissəsi “Sigma Squared”in baş katibi Assen Plevnelievin moderatorluğu ilə keçirilib. Panelin ikinci hissəsində gənc liderlər dünyada mövcud iqtisadi vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Latviya Respublikası Ədliyyə Nazirliyinin Dövlət hüquq departamentinin direktor müavini Marts Eduards İvaskis fəaliyyət göstərdiyi sahə ilə bağlı təcrübəsini bölüşüb, həmçinin indiyədək dezinformasiya və yanlış məlumat yayma kampaniyaları, sağ populist partiyalar və Avropa İttifaqı siyasəti ilə əlaqəli mövzularda çıxış etdiyini bildirib.
 

“Chatham House”da US və Amerika Proqramı üzrə “Schwarzman Academy Fellow” olaraq fəaliyyət göstərən Kanişx Kanodia hazırda tədqiqatlarının Birləşmiş Ştatların təhlükəsizlik və müdafiə siyasəti üzərində cəmləndiyini diqqətə çatdırıb. O, ABŞ-Çin münasibətləri və Hind
Sakit okean hövzəsində rəqabətlə bağlı məsələləri araşdırmaqla maraqlandığını deyib.


Aspen İnstitutu Beynəlxalq Partnyorları təşkilatının direktor müavini Savannah Lane bildirib ki, beynəlxalq münasibətlər sahəsində Vaşinqton, D.C.-də aparıcı proqramlar və siyasət direktoru olaraq fəaliyyət göstərir. O, xüsusən mədəniyyət diplomatiyası və qadın liderliyi sahələrinə yönəlir və beynəlxalq təhlükəsizlik mövzusunda ixtisaslaşır.

Savannah “NATO 2030 Global Fellowship” proqramını başladıb və bu təşəbbüsə NATO-nun İctimai Diplomatiya Bölməsi dəstək verib. Bu rolda, Savannah TRT World, ANews və digər media orqanlarında beynəlxalq şərhçi kimi çıxış edib.
 

Əhmədiyyə Müsəlman İcması Əmirinin müşaviri Eiqan Əhməd Şams bildirib ki, Reyxman Universitetində hüquq üzrə bakalavr (LLB) və hökumət, beynəlxalq münasibətlər və strateji araşdırmalar üzrə bakalavr (BA) təhsili alır. O, Müqəddəs Torpaqda Əhmədiyyə Müsəlman İcmasının rəhbərinin müşaviri kimi bir çox konfransların təşkilində əsas rol oynayır. Bu səylər xüsusilə son müharibədən sonra ərəb və yəhudi icmaları arasında etimad və qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi daşıyır.



“İdeologiyanı bombalarla susdurmaq mümkün deyil. Terrorçuluqla mübarizədə müharibə yolunun sonu yoxdur”, - deyə Eiqan Əhməd Shams bildirib.

Panel iclasının digər iştirakçısı - Çipata şəhərinin meri George Mvanza Zambiya tarixində 2021-ci ilin avqustunda ölkənin ən gənc seçilmiş meri kimi yer alıb. Onun şəxsi şüarı belədir:

“İnklüziv, inkişaf etmiş və daha yaxşı Çipata şəhəri üçün”.

“Biz 50 min ev təsərrüfatını su ilə təchiz etdik. İqlim böhranının insanların həyatına mənfi təsir göstərdiyi dövrdə biz Afrikada bələdiyyələrin əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətə yönləndirilməsini təşviq edirik”, - deyə George Mvanza əlavə edib.

Digər çıxış edənlər öz ölkələrinin təcrübələrini bölüşməklə yanaşı, gənclərin səsinin eşidilməsi, idarəçilikdə və vacib qərarların qəbulunda onlarında mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Gənclər arasında yekun fikir mübadiləsindən sonra XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

"Dünyanın ən yaraşıqlı ərəbi" kimi tanınan Ömər Borkanının həyat yoldaşı kimdir? - FOTO

"Dünyanın ən yaraşıqlı ərəbi" kimi tanınan Ömər Borkanının həyat yoldaşı kimdir? - FOTO

Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI

Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı

İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı

Cəlilabadda qədim tarixə aid arxeoloji tapıntılar üzə çıxdı - FOTO

Cəlilabadda qədim tarixə aid arxeoloji tapıntılar üzə çıxdı - FOTO

Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?

Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?

Taxta qaşıqları qabyuyan maşına ATMAYIN! - SƏBƏB

Taxta qaşıqları qabyuyan maşına ATMAYIN! - SƏBƏB

Atası təsisçi, qızı rektordur -Qalmaqallı universitet kimə məxsusdur?

Atası təsisçi, qızı rektordur -Qalmaqallı universitet kimə məxsusdur?

Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Qrizmann MLS-də debüt matçında ilk qolunu vurdu – VİDEO

Qrizmann MLS-də debüt matçında ilk qolunu vurdu – VİDEO

ABŞ-da polisin güllələdiyi şəxs öldü - Etiraz aksiyaları başladı – FOTO-VİDEO

ABŞ-da polisin güllələdiyi şəxs öldü - Etiraz aksiyaları başladı – FOTO-VİDEO

Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar

Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Xalq artisti qızının 20 yaşını belə qeyd etdi –FOTO

Xalq artisti qızının 20 yaşını belə qeyd etdi –FOTO

"Crocus"a hücumla bağlı YENİ XƏBƏR - 1,68 milyardlıq İDDİA GÜNDƏMDƏ

"Crocus"a hücumla bağlı YENİ XƏBƏR - 1,68 milyardlıq İDDİA GÜNDƏMDƏ

Azərbaycanda bəzi məktəblər təmir ediləcək - SİYAHI

Azərbaycanda bəzi məktəblər təmir ediləcək - SİYAHI

Britaniyanın baş nazirləri belə ələ salındı – VİDEO

Britaniyanın baş nazirləri belə ələ salındı – VİDEO

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK

Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələdi

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələdi

"Bağlanmamış cins şalvar" trendi Z nəslinin yeni dəbinə çevrildi - FOTO

"Bağlanmamış cins şalvar" trendi Z nəslinin yeni dəbinə çevrildi - FOTO

End of content

No more pages to load

RADİO