Qars-Naxçıvan dəmir yolu: Saatda 160 kilometr sürətlə

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi böyük layihələrdə Naxçıvan ön plana çıxmaqdadır. Bir əsrdən çoxdur ki, blokadada yaşayan, ötən əsrin 90-cı illərində isə ölkənin əsas hissəsindən tamamilə təcrid vəziyyətinə düşən, işğal təhlükəsi yaşayan qədim diyarın bu gün dünyanın iqtisadi-ticarət-enerji qatarına qoşulması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Ötən həftə istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri fonunda hazırda Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamı uğurla icra olunur, İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər tamamlanır. Yaxın vaxtlarda enerji ixracı və dayanıqlılığın artırılması üçün Türkiyədən Naxçıvana yeni elektrik xətləri də çəkiləcək. Zəngəzur dəhlizinin açılması isə prioritet olmaqla, bütün layihlərin kəsişmə nöqtəsi kimi öz aktuallığını saxlayır. Daha bir mühüm layihə üzrə də işlər artıq başlayıb. Söhbət Qars-Naxçıvan dəmir yolundan gedir…



 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyi kimi, əslində, Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni bir qolunun yaranması kimi qiymətləndirilməlidir. Qeyd edim ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta dəhlizin yeni nəfəsi olan  Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq: Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Prezident İlham Əliyevin dəmir yumruğu ilə bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısının polad iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin  tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti, təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin, dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyasını nəzərdə tutur.

Mütəxəssislər nə deyir?


 

Mütəxəssislər və siyasi ekspertlər isə Layihənin Əsas Faydalarını aşağıdakı kimi sadalayırlar:

1. Qısa Səyahət Vaxtı: Dəmir yolu xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcək, həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq.

2. Regional Ticarət və İnkişaf: Tikinti mərhələsində bölgədə iş yerlərinin sayı artacaq, yerli bizneslər üçün yeni gəlir mənbələri yaranacaq və bu da yerli iqtisadiyyatın güclənməsinə səbəb olacaq



3. Beynəlxalq Ticarət Bağlantısı: Bu strateji layihə Naxçıvanla Türkiyə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və regionu müasir İpək Yolunun bir hissəsinə çevirəcək.

4. Ticarətdə yeni perspektivlər: Layihə təkcə yerli iqtisadiyyatı deyil, həm də beynəlxalq yükdaşıma və ticarət marşrutlarını dəstəkləməklə, Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq.



Naxçıvanda vəziyyət necədir?!

Regionda nəqliyyat, ticarət və rəqabətqabiliyyətli iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı olan Qars-İğdır-Naxçıvan Dəmir Yolu Layihəsinin icrası çərçivəsində Ordubaddan Sədərəyə qədər uzanan Naxçıvanın dəmir yol infrastrukturu da öz növbəsində tamamilə yenilənməyi gözləyir. Sovet hakimiyyəti illərində çəkilən bu xətlər artıq ömrünü başa vurub və  Naxçıvan dəmir yollarında saatda 40 kilometr sürətdən artıq hərəkət mümkün deyil.  Bu təşəbbüsün təkcə bölgənin deyil, bütün regionun inkişafında mühüm rol oynayacağını nəzərə alsaq, Naxçıvandaxili yolların da yenidən tikintisi zərurətə çevrilir. Əldə etdiyimiz məlumata görə, 2025-ci ildə layihələndirmə işləri aparılmaqla 2026-cı ildən tikinti işlərinə başlanılacaq, Naxçıvanda yeni dəmir yolu xətləri, vağzallar, körpülər, depo və təmir infrastrukturları qurulacaq. Naxçıvanın kənd təsərrüfatı, sənaye və digər istehsal məhsulları Londondan Çinə qədər uzanan geniş şəbəkəli bir bazara sahib olacaq. Təbii ki, hadisələrin bu cür inkişafı müstəvisində Naxçıvanın yerli rəhbrəliyi, icra orqanları da səmərəli və planlı işləməli, kənd təsərrüfatı, sənaye, xammal, xidmət sahələrini, insan resurslarını, azad iqtisadi zonaları, sənaye park və məhəllələrini yeni iqtisadi-ticarət münasibətlər sisteminə uyğunlaşdırmalıdırlar…



Ermənistan: İsti qucaq axtarışı   

Əsrlərdir həyata keçirdiyi soyqırımı və işğal siyasəti ilə Cənubi Qafqazın “acı bağırsağına” çevrilən Ermənistan haqlı olaraq Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Nədənsə, Vətən müharibəsindəki böyük qələbəmizdən sonra da ağıllanmayaraq “isti qucaq” axtarışlarını davam etdirir, silahlanır, yeni müharibələrə hazırlaşır. Qərbin kölgəsində daldalanan Paşinyan iqtidarı iflic vəziyyətdə olan iqtisadiyyatı dirçəltmək haqqında düşünmür. Qoy, onlar düşünməsin, biz də öz işimizi görək… Qarsdan Naxçıvana çəkilən dəmir yolu xəttinə də baxa-baxa qalsınlar, yəqin onun-bunun maşası olmaqdan vaxt tapıb nə vaxtsa yuxudan ayılacaqlar… Onların havadarlarına isə biz çoxdan öz sözümüzü demişik:  “ay uşaq, gedib başqa yerdə oynayın!


Naxçıvan Televiziyasının qardaş Türkiyəyə ezam olunmuş əməkdaşları hazırda Qars şəhərindədirlər və dəmir yolu xəttinin çəkilişlərindən ilk görüntüləri əldə ediblər. Fotolar mediada ilk dəfə yayımlanır. Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilişindən xüsusi reportajı da ilk dəfə Naxçıvan televiziyası yayımlayacaq. Bu layihə ölkəmiz və bölgəmiz üçün xeyirli, uğurlu olsun!

Sahil Tahirli, “Naxçıvan MR Televizya və Radio Verilişləri” QSC-nin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Arıqlamaq üçün ən yaxşı məşqlər açıqlandı

Arıqlamaq üçün ən yaxşı məşqlər açıqlandı

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO