Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi polkovnik-leytenant Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.
Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə gətirilib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev isə ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunub. ("Qaynarinfo")
Bizim.Media