Paşinyan müharibə hazırlıqlarına BAŞLADI – Gələn aydan etibarən... – SENSASİON DETALLAR

Etibarlı mənbələrin yaydığı məlumata görə, Ermənistan aprel ayında Azərbaycana qarşı müharibəyə başlamağı planlaşdırır. Bu məqsədlə Ermənistan ordusunda ciddi hazırlıq işlərinə başlanılıb. Artıq ehtiyatda olan əsgər və zabitlər çağırış vərəqələri paylanılıb. Onların apreldən iyuna qədər 10 həftəlik  hərbi hazırlığa cəlb ediləcəyi deyilir.

Müharibə ehtimallarını gücləndirən daha bir amilsə Ermənistanın Azərbaycanla sərhəddə artan hərbi fəallığıdır. Ermənistan Müdafiə Nazirliyi sərhədboyu ərazilərə çoxlu sayda ordu birləşmələri toplayıb.   

Paşinyan isə yenə də “sülh”dən danışır...

O keçirdiyi son brifinqdə deyib ki, İrəvan və Bakı sülh sazişinin 17 bəndindən 15-i üzrə razılığa gəliblər, qalan iki məsələ üzrə danışıqlar davam edir:

“Hələlik razılığa gəlmək mümkün olmayan iki maddədən biri üçüncü dövlətlərin qoşunlarının sərhəddə yerləşdirilməsinə, digəri isə beynəlxalq məhkəmələrdə mübahisələrə aiddir”.

Paşinyanın bu tip sərsəm bəyanatları birbaşa ictimai rəyi çaşdırmağa yönəlib. Çünki sülh prosesinin gedişatından xəbəri olmayan ixtiyari şəxs bu sətirləri oxuyanda elə zənn edər ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına sayılı günlər qalıb.

Bəs, reallıq necədir?

Ermənistanın siyasi mühitinə azacıq diqqət etmək lazımdır ki, ölkədəki gərginliyi aydın şəkildə görəsən. Bu günlər ölkənin siyasi həyatında gərgin mübarizə gedir. Paşinyan və onun komandası hakimiyyətdə qalmaq üçün Qərblə separat danışıqlar aparır. Milli və dövlət maraqlarını ayaqlar altına atan iqtidar ancaq özlərinin kresloları barədə düşünür və rəsmi İrəvan ancaq öz ambisiyalarına cavab verən məsələləri önə çəkir.

Digər problemləri isə kimlərinsə üzərinə atmaqla kifayətlənirlər. Təsadüfi deyil ki, Paşinyan 44 günlük müharibə nəticəsində Ermənistanın hərbi kapitulyasiyasının günahını özündən əvvəlki rəhbərlərin üzərinə atıb.

Bir sözlə Paşinyan və onun komandası bu gün “günah keçisi” axtarır. Bu axtarışlar təkcə erməni cəmiyyətində deyil, beynəlxalq aləmdə və qonşu dövlətlərdə gedir. Heç kimə sirr deyil ki, Paşinyan iqtidarı bu gün də reallıqlarla barışmır. Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün təmin olunmasına fərqli don geyindirmək istəyir. Guya ki, Azərbaycan öz hüquqlarının müdafiəsi zamanı ermənilərin separatçı maraqlarına zərər gətirib.

Qəribədir ki, bu məsələdə Qərb də bir çox hallarda Ermənistanla eyni mövqedən çıxış edir. Fransa kimi dövlətlər Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün bərpasını Ermənistanın maraqlarına zərbə kimi qiymətləndirirlər. Bu cür yanaşmalar sayəsində Ermənistanı yeni münaqişəyə təşviq edirlər. Beləcə, Qərb Cənubi Qafqazda hərbi münaqişəni yenidən alovlandırmaq istəyir.

Bunun üçün hətta ultramillətçi qüvvələrin imkanlarından istifadə edilir. Üstəlik,  Ermənistanda Anti-Azərbaycan və türkofobiya çağırışları getdikcə güclənir. Bütün bunların fonunda isə Paşinyan deyir ki, Azərbaycanla sülhün “bir addımlığındayıq”.

Paşinyan bu cür ikiüzlü çıxışları təsadüfi deyil.

Çünki revanşistlər Paşinyanı küncə sıxışdırıb. Xüsusən də, o Rusiya ilə körpüləri yandırandan sonra proseslər aktiv fazaya keçib. Ona görə ki revanşistlərin Kremllə güclü bağlantısı var.

Təsadüfi deyil ki, son vaxtlar Robert Köçəryan və Serj Sərkisyan xüsusilə fəallaşıblar. Onlar hər vasitə ilə Ermənistanda revanşizmi alovlandırmağa çalışırlar. Nijdenin davamçıları olan bu qüvvələr daha çox xalqın hisləri üzərinə oynayır.

Təbii ki, Paşinyan da bunun fərqindədir. Ona görə də o sələflərinin aqibətini yaşamamaq üçün hər gün yeni bir oyun qurur. Budəfəki oyunsa yeni müharibədir.

Məlumdur ki, Ermənistanın siyasi hakimiyyəti idarəçiliyi əldən vermək istəmir. Paşinyan və onun komandası bacardıqları qədər daha uzun müddətdə hakimiyyətdə qalmaq istəyir. Bunun üçün də müxtəlif ssenarilər qurulur.

Yazılan ssenarilərin içində müharibə variantı da var.

Paşinyan düşünür ki, müharibə başlasa, ən azından ölkə daxilindəki hakimiyyət mübarizəsi bir müddət dayanacaq. Bu müddət isə Nikola növbəti addımı atmaq imkanı yaradacaq. Bundan əlavə, yeni müharibə mövcud status-kvonu dəyişə bilər. Çünki Qərb bir bəhanə ilə Cənubi Qafqazda, daha doğrusu Ermənistanda möhkəmlənməyə çalışa bilər. Qərbin Ermənistanda mövcudluğu da təbii ki, Paşinyanın hakimiyyətdə qalmasına bir təminatdır.

Məhz bu və digər səbəblər üzündən rəsmi İrəvanın apreldə ən azından qısa müddətə müharibəyə başlaması real görünür.

Belə bir addım atılarsa, Ermənistanı hansı aqibət gözləyər?

Bu sualın cavab çox aydındır. Müzəffər Azərbaycan ordusu Ermənistana növbəti dərsini verəcək. Bundan ən zərərli çıxan da erməni xalqı olacaq. Ancaq Paşinyanın əsgər anaların göz yaşları yox, daha çox hakimiyyətdə qalmağın yolları narahat edir. Ona görə də Paşinyanın öz ambisiyaları üçün xalqını güdaza verəcəyi gözləniləndir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

End of content

No more pages to load

RADİO