Tanınmış aşpaz Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb.
Bizim.Media xəbər verir ki, aşpaz 1 milyonluq instaqram səhifəsində izləyicilərinə xəngəlin hazırlanmasının videosunu təqdim edib.
Onun bu paylaşımına 5 gün ərzində 19 mindən çox bəyənmə gəlib.
Qeyd edək ki, Con Qreqori-Smit həmçinin dünyanı səyahət etməyi sevən yazıçı, aşpaz və televiziya aparıcısıdır.
Bizim.Media