Ermənistanda seçkilər: Tərpəndikcə bataqlıqda batan ölkə...

Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkilərinə 2 həftədən daha az müddət qaldığı bir vaxtda namizədlər arasında rəqabət getdikcə daha da gərginləşməkdədir.

Ümumi reytinqinə görə əvvəldən əsas iki namizəd hesab olunan hal-hazırda baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan və Ermənistanın ikinci prezidenti Robert Köçəryan arasında davam edən mübarizədə artıq kimin qələbə qazanacağını söyləmək daha da çətinləşib.

Əgər bir neçə həftə əvvələ kimi Paşinyanın reytinqi onun qələbəsindən xəbər verirdisə, hal-hazırda vəziyyət heç də eyni deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın seçkiqabağı mitinqində üç vətəndaş saxlanıldı – VİDEO


Qeyd edək ki, bu ilin fevralında 33,1% seçicinin dətəyini nümayiş etdirdiyi Paşinyana inananlar 22,4%-ə qədər azalıb. Əvəzində isə, Köçəryan qeyd olunan zaman kəsiyində seçicilərinin sayını 7,8%-dən 20,6%-ə qədər yüksəltməyə nail olub.

Paşinyan öz sonunu hazırlamaqdadır

Təbii ki, vəziyyətin bu formaya gəlib çıxmasının əsas günahkarı elə Paşinyanın özüdür. Sərsəm bəyanataları və addımları ilə günbəgün xalqın etimadını itirən Nikolun yanlışları isə saymaqla bitmir. Erməni təfəkküründən bixəbər şəxs təsüratı yaradan Paşinyanın gediş imkanları da xeyli məhdudlaşıb. Son baş nazir çıxışlarında yalnız keçmiş prezidentlərin səhvlərini xatırlatmaqla seçicilərin rəğbətini qazanamağa çalışır. Lakin bunun da fayda gətirmədiyi seçkiqabağı sorğularda açıq şəkildə nəzərə çarpır.

Köçəryanın ritorikası

Paşinyandan fərqli olaraq erməni xalqının revanşist ruhunun fərqində olan Köçəryan əlinə düşən fürsətdən maksimum yaralanaraq qalibiyyət yolunda əmin addımlarla irəliləməkdədir. Nikolun hər yalnış addımında doğru yolun bələdçisinə çevrilən Robertin populist çıxışları ermənilərin “Qarabağ klanı” liderinə olan inamını daha da artırmaqdadır.

Ermənilər də keçmiş prezidentin korrupsioner əməllərini unutmuş kimi görünür. 

Xüsusilə də İrəvanda Köçəryana səs verəcəklərini bildirən respondentlərin çoxluğu diqqəti cəlb etməkdədir. Görünür, paytaxtda oturub Azərbaycandan gələn mesajlara qulaqlarını qapamış İrəvan camaatı, həqiqətən də, revanşizm arxasıyca qaçmağı hədəfləyir.

Uduzan Ermənistan olacaq

Ölkənin ümumi mənzərəsi isə Ermənistanın gələcək fiaskosunun ilkin xəbərçisidir. Sərhəd probleminin meydana çıxmasından sonra revanşizm ruhunun genişləndiyi Ermənistanda Paşinyanın yarıtmaz qərbyönümlü siyasəti, çıxışlarında açıq şəkildə Rusiyaya yaltaqlanmaqdan çəkinməyən Köçəryanı xalqın gözündə xilaskara çevirib. Azərbaycan-Ermənistan münasibətlərinin bu qədər kəskinləşməsinin əsas günahkarı və ölkəsində hökm sürən xaosun əsas səbəbkarı olan Köçəryanın əməllərindən razı görününən ermənilər isə “hər xalq layiq olduğu lider tərəfindən idarə olunur” fikrinin məhz onlara ithaf edildiyini bir daha təsdiqləməkdədirlər.

Buna gücü yetməsə belə, “heç bir dəhlizdən söhbət gedə bilməz” deyən Köçəryanın iqtidara gəldikdən sonra Azərbaycan üçün başağrısı olmayacağının qarantiyasını isə heç kim verə bilməz.

44 günlük müharibədə aldıqları zərbədən dərs çıxarmaq istəməyən ermənilər isə regionda sülhə təhdid olmağa davam edəcəklərini və öz xislətlərini bir daha sübuta yetirməyə çox yaxındırlar...

Ermənistan indi bataqlıqda tərpəndikcə batan adama bənzəyir...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Salyanda yol kənarında meyit tapıldı

Salyanda yol kənarında meyit tapıldı

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO