İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini TƏMİN EDƏCƏK

Təməli 25 sentyabr 2023-cü ildə Prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğan tərəfindən qoyulan İğdırNaxçıvan qaz kəməri bugün rəsmi mərasimlə həyata vəsiqə qazanır. Bu layihənin həyata keçirilməsi region üçün strateji əhəmiyyət daşıyır.

İğdır–Naxçıvan qaz kəməri, ilk növbədə, Naxçıvanın enerji təminatını yaxşılaşdıraraq qaz təchizatının dayanıqlılığını artırır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin AÇILIŞ MƏRASİMİNDƏ - YENİLƏNİB - FOTO/VİDEO


Əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq.

İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr olan boru kəmərinin 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəyir.

Bununla da muxtar respublikanın yalnız bir mənbədən asılılığı aradan qalxacaq, enerji tədarükü şaxələnəcək və enerji təhlükəsizliyi daha da möhkəmlənəcək.

Bu addım, eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirir. İran üçün isə bu kəmərin istifadəyə verilməsi iqtisadi və siyasi təsir alətlərindən birinin zəifləməsi deməkdir. İndiyə qədər İran Naxçıvanın qaz təminatında mühüm rol oynayırdı və bu mövqedən istifadə edərək Azərbaycanla münasibətlərdə təzyiq vasitəsi kimi çıxış etməyə səy göstərirdi. Lakin yeni kəmərin işə düşməsi ilə İranın bu təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Eyni zamanda, Ermənistan növbəti dəfə mühüm bir regional layihədən kənarda qaldı. Regionun nəqliyyat və enerji şəbəkələrinə inteqrasiya əvəzinə destruktiv siyasət yürüdən bu ölkə dalana dirənib.
 

Halbuki konstruktiv yanaşma nümayiş etdirməklə Cənubi Qafqazda əməkdaşlıq imkanlarından faydalana bilərdi. Lakin Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşan bu və digər irimiqyaslı layihələr Ermənistanın regional iqtisadi və enerji əməkdaşlığından daha da təcrid olunmasına gətirib çıxarır.


Nəticə etibarilə, İğdır–Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini gücləndirən, Azərbaycanın enerji strategiyasını möhkəmləndirən və regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir.

Aqil Məmmədov, politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO