QORXUNC XƏBƏRDARLIQ: III Dünya Müharibəsi BAŞLAYIR – Daha 5 ölkə münaqişəyə DAXİL OLA BİLƏR...

Artıq dünyada yeni və daha qanlı müharibənin başlayacağının anonsu verilir. 

Məlum oduğu kimi ötən həftə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri çox uğursuz alındı. Okeanın o tayından əliboş qayıdan Ukrayna prezidentinə isə Avropa İttifaqı və Birləşmiş Krallıq yenidən qucaq açdı. Ona vəd olundu ki, Ukrayna-Rusiya müharibəsinin qələbə ilə yekunlaşması üçün Avropa ölkələri zəruri dəstəyi göstərəcək.

Məsələ heç də bununla bitmir.

Avropa ölkələri də hərbi büdcələrinə yenidən baxmaq qərarına gəliblər. Məsələn, Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri “yaxşı və səmimi” adlandırıb. AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib. O həmçinin, Kiyevin təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deyib və ən başlıcası Avropanı Ukraynanı yenidən silahlandırmağa çağırış edib:

“Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik”.

Von der Leyen əlavə edib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək:

“Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır”.

Onu da qeyd edəki, Zelenski, Vaşinqtondan fərqli olaraq Londondan əliboş dönməyib. Böyük Britaniya Ukraynaya hərbi satınalmalar üçün əlavə 1,6 milyard funt-sterlinq və hava hücumundan müdafiə sistemləri üçün 5000-dən çox raket göndərəcək.

Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən sammitdən sonra mətbuat konfransında bildirib.

Həm Ukraynanın, həm də Avropa dövlətlərinin yenidən silahlanması isə yaxşı  heç nə vəd eləmir.

Gərginlik artır

Nəzərə alaq ki, aparıcı dünya dövlətləri hərbi büdcələrini ilbəil böyüdürlər. Məsələn, 2024-cü ildə qlobal hərbi xərclər əvvəlki ilə nisbətən 7,4% artaraq 2,46 trilyon dollara çatıb.

Müdafiə xərclərinə görə lider 960 milyard dollardan çox pul xərcləyən ABŞ-dır. Avropada ümumi müdafiə xərcləri son bir ildə 11,7% artaraq 457 milyard dollara çatıb. Regional artıma Almaniyanın müdafiə büdcəsinin 23,2% artması səbəb olub. Ölkə Böyük Britaniyanı keçərək NATO ölkələri arasında müdafiəyə ən çox pul xərcləyən ikinci ölkə olub. Ötən il Almaniyanın hərbi büdcəsi 86 milyard dollara çatıb. Bəzi digər NATO ölkələri təşkilatın müdafiə xərcləri hədəflərini əhəmiyyətli dərəcədə üstələyib.

Bu qədər silahlanmadan sonra Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin yenidən silahlanma çağırışı təbii ki, ciddi narahatlıq doğurur. Deməli, Qərb çox böyük bir müharibəyə hazırlaşır. Ehtimal olunur ki, Ukrayna-Rusiya müharibəsi tezliklə öz orbitindən çıxacaq və münaqişə Avropa dövlətlərinə də sıçarayacaq. Əgər belə bir hadisə baş verərsə, onun nəticələrini təsəvvür etmək belə çox dəhşətlidir.

Nəzərə alaq ki, Ukrayna-Rusiya müharibəsində ötən 3 ildə 2 milyona yaxın insan həyatını itirib. 10 milyondan artıq şəxs öz dədə-baba ocağından didərgin düşüb. Yüzlərlə kənd, qəsəbə və şəhər yerləbir edilib. Ukraynanın infrastrukturu iflic vəziyyətinə düşüb. Bu gün Ukraynanın bərpasına yüz milyardlarla dollar vəsait tələb olunur. Bununla belə ötən hər gün Ukraynanı daha acınacaqlı vəziyyətə sürükləyir.

Amma görünən odur ki, Qərb və Rusiya dayanmaq fikrində deyil. Hər iki tərəf yeni iddialarla çıxış edirlər. Çox təəssüf ki, bu çıxışlarda sülhdən yox, silahlanmadan daha çox danışırlar. Bu da qlobal münaqişə ehtimalını reallığa çevirir.

Üçüncü Dünya Müharibəsi başlayıbmı?

Ukrayna-Rusiya müharibəsini bir çoxları III Dünya Müharibəsinin başlanğıcı hesab edirlər. Çünki, bu müharibə iki tərəf yoxdur. Demək olar ki, dünyanın aparıcı dövlətləri bu münaqişənin iştirakçısıdır. Məsələn, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri Ukraynaya hər cür yardım göstərir. Hətta bir sıra Qərb ölkələrindən muzdlular Ukrayna və Rusiya tərəfindən döyüşür. Bu da onu göstərir ki, əksər dövlətlər bu münaqişənin iştirakçısına çevrilib. Hələ Qərbin iqtisadi sanksiyalarını demirik. Bu sanksiyaların hədəfi Rusiyanı dünyadan təcrid etmək və bu dövlətin sonunu gətirməkdir. Bu da iqtisadi müharibədir. Ona görə də əminliklə demək olar ki, III Dünya Müharibəsi artıq başlayıb.

Nəzərə alaq ki, III Dünya Müharibəsi II Dünya Müharibəsindən tamamilə fərqlənir. Artıq texoloji imkanlar və mübarizə metodları o qədər çoxalıb ki, əvvəlki müharibələrdə olduğu kimi tankla, topla döyüşməyə ehtiyac qalmır. Bu gün Qərblə Rusiya arasında bütün sahələrdə müharibə gedir. Amma bunun görünən tərəfi Ukraynada təzahür edir.

Ehtimal var ki, yaxın zamanda Polşa, Litva, Latviya, Estoniya və Belarus bu münaqişənin bir parçasına çevrilsin. Belə olacağı təqdirdə proseslərin necə inkişaf edəcəyini təsəvvür etmək belə çox çətindir. Belə vəziyyətdə nüvə silahından istifadə də istisna olunmur. Nüvə müharibəsinin başlanması isə kainatın sonu deməkdir. Ona görə də təəssüflə deməliyik ki, dünya daha qanlı və sonu təsəvvür edilməyəcək bir müharibənin astanasındadır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu

SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu

“Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”

“Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”

“Sərhədçi” amerikalı basketbolçu TRANSFER ETDİ

“Sərhədçi” amerikalı basketbolçu TRANSFER ETDİ

Azərbaycana PAYIZ GƏLDİ

Azərbaycana PAYIZ GƏLDİ

Tramp Zelenski ilə görüşəcək - Tarix AÇIQLANDI

Tramp Zelenski ilə görüşəcək - Tarix AÇIQLANDI

End of content

No more pages to load

RADİO