Latviya, Litva və Estoniya Britaniyanın martın 2-də Ukrayna üzrə keçiriləcək sammitə öz liderlərini dəvət etməməsindən narazılıqlarını bildiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, avropalı diplomatlar Moskvanın bu addımı Baltikyanı ölkələrin mövqelərinin zəifləməsi və ABŞ, Böyük Britaniya və Fransadan asılılığı kimi qəbul edəcəyindən ehtiyat edirlər.
Bizim.Media