Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı X hesabında paylaşım edib.

“Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən reaksiyaları nəzərdə tuturam. Prezident Tramp və onun sülh səyləri qanlı müharibəyə səbəbkar olan və minlərlə ukraynalının həyatını itirməsinə görə məsuliyyət daşıyan insanlar tərəfindən pislənildi”, - Kobaxidze yazıb.

O bildirib ki, “qlobal müharibə partiyası” və “dərin dövlət” Ukraynadakı müharibədən asanlıqla əl çəkən deyil.

“Üç ildir dediyimiz bir daha sübut olundu - ABŞ və “qlobal müharibə partiyası” iki fərqli tərəfdir. Rəqiblərimiz bütün bu illər ərzində onları bərabərləşdirməyə, eyniləşdirməyə çalışırdılar. Müharibə partiyası ilə sülhməramlı qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq”, - siyasətçi yazıb və bu çətin mübarizədə Donald Trampa səbr və cəsarət arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Türkiyə millisi ¼ FİNALDA

Türkiyə millisi ¼ FİNALDA

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

“Barselona” Levandovskiyə əvəzləyici TAPDI

Qızından Lalə Azərtaşı sevindirən sürpriz - FOTO

Naxçıvan MRX-nın həkimi: “Avtobus qəzası nəticəsində 17 nəfər xəsarət alıb”

Vaşinqtonda on ildən sonra ilk dəfə Suriya bayrağı QALDIRILDI - VİDEO

Goranboyda 36 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

İlham Əliyevin və Pol Kaqamenin iştirakı ilə sənədlərin mübadiləsi mərasimi oldu - VİDEO

“Real” “Liverpul”un futbolçusunu transfer etmək istəyir

13 ildən sonra İLK DƏFƏ - Türkiyə Misirlə hərbi təlim keçirəcək

Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı

Mahaçqalada TƏBİİ FƏLAKƏT: Həyat iflic oldu - ANBAAN VİDEO

Növbəti köç karvanı Kəlbəcərə çatdı, mənzillərin açarları təqdim edildi

"Mançester Siti"nin sabiq futbolçusu karyerasını BAŞA VURDU - FOTO

Azərbaycanda məhkumlara pensiyalar necə ÖDƏNİLİR?

End of content

No more pages to load

RADİO