ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, sözügedən sanksiyalar ABŞ-nin 2014-cü ildə imzalanan qadağalarıdır.
Buraya Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı məhdudiyyətlər aiddir.
Bizim.Media