"1918-ci ildə Rusiyanın planı İrəvanı azərbaycanlılardan təmizləmək idi. Ona görə də İrəvanın üst təbəqəsi oranı tərk etmək məcburiyyətində qalıb".
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvlərinin gənclərlə görüşündəki çıxışı zamanı deyib.
"Həmin tarixdə o torpaqlardan çıxan nəsillər Azərbaycanın tarixinə gözəl məqamlar gətirdilər. Hesab edirəm ki, gənclərimiz bütün proseslərin tarixini öyrənməlidirlər. Gənclər böyük məsuliyyətə hazır olmalıdırlar".
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media