Torpaqları Rusiyanın, sərvətləri ABŞ-ın – Zelenski bundan sonra nəyi QURBAN VERƏCƏK?

Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-i Vaşinqtona səfər edəcək. Beləliklə, Ukrayna prezidenti nəhayət ki, Trampla görüşmək fürsəti qazandı. Ancaq bu görüş Zelenskinin kreslosunu xilas etsə də, Ukrayna dövlətini və xalqını ağır bir yükün altına sala bilər.  

Çünki ABŞ prezidenti Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında deyib ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.

Zelenski Trampa boyun əydi

Bir müddət əvvəl Tramp açıq və qəti şəkildə Zelenskinin qarşısına şərt qoymuşdu ki, köməyin davamını istəyirsənsə, Ukraynanın sərvətlərinin yarısını ABŞ-a ver. Bu məqsədlə Münhendə ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə müvafiq sənəd də vermişdi. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi.

Lakin görüşdən sonra “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazmışdı ki, Zelenski sözügedən sazişi imzalamayıb:

"Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib".

Bundan sonra rəsmi Vaşinqton Zelenskiyə təzyiqləri artırdı. Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirdi ki, ABŞ hazırda müdafiə sahəsində Ukraynaya hər hansı yardım göstərmir.

Üstəlik o, bildirib ki, gələcəkdə Kiyevə hərbi yardımın göstərilməsinə görə Avropa cavabdehlik daşıyacaq.

Beləcə, Tramp həm Ukraynanın, həm də Avropa İttifaqını dilemma qarşısında qoydu. Bu bəyanatdan sonra həm Aİ, həm də rəsmi Kiyev ABŞ-la bağlı bəyanatları dayandırdı. Aparılan gizli danışıqlardan sonra Zelenskinin Vaşinqtona səfərinə “ok” verildi.

Söhbət neçə trilyondan gedir?

İlkin açıqlamalarda Trampın Zelenskidən 500 milyard dollarlıq sərvət istədiyi bildirilirdi. Guya ki, ABŞ son 3 ildə Ukraynaya müxtəlif formada 350 milyard dollar vəsait ayırıb.

Maraqldıdır ki, daha sonra deyildi ki, Tramp Zelenskidən Ukraynanın yeraltı və yerüstü sərvətlərinin 50 faizini tələb edir. Nəzərə alaq ki, ilkin qiymətləndirməyə görə Ukraynanın təbii ehtiyatları 20-25 trilyon dollar dəyərindədir. Bu da o deməkdir ki. Tramp Zelenskidən ən azı 10 trilyon dollarlıq sərvət istəyir. Bu isə o deməkdir ki, ABŞ Ukraynanı iqtisadi baxımdan işğal edir, yəni sərvətlərinə əl qoyur.

Bunu bilən Zelenski əvvəlcə Trampın təklifindən boyun qaçırdı. Lakin rəsmi Vaşinqtonun təzyiqlərinə tap gətirməyərək tələblə razılaşdı. Sabah isə Zelenski bu razılaşmanı təsdiq etmək üçün okeanın o tayına uçacaq.


Bəs, Tramp Zelenskiyə nə vəd edir?


Ehtimal ki, ilk növbədə Tramp Zelenskiyə hakimiyyətdə daha bir müddət qalmasının təminatını verəcək. Əsas məsələ - Rusiya ilə müharibənin dondurulmasında isə hələlik elə bir konkret fikir yoxdur. Doğrudur, Tramp Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında deyib ki, ABŞ itirilmiş ərazilərin bir hissəsinin Ukraynaya qaytarılması ilə bağlı müzakirələr aparmağa çalışacaq.

“Lakin buna nail olmaq çətindir”.

Amerika prezidenti əlavə edib ki, Ukraynada sülhməramlılar yerləşdiriləcəyi təqdirdə ABŞ Avropaya dəstək verməyə hazırdır:

“Bu, asan məsələdir, çətin olan danışıqlarda razılıq əldə etməməkdir”.

Lakin ABŞ prezidenti Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında deyib ki, Ukrayna kontekstində NATO unudula bilər.

Onun sözlərinə görə, münaqişə məhz bu məsələyə görə başlayıb.

Qəribədir ki, Amerikalılar Rusiya-Ukrayna müharibəsinin açarının Ağ Evin əlində olduğunu iddia edirlər. Məsələn,“The Hill” nəşri Ağ Evin mətbuat katibi Kerolayn Livittə istinadən iddia edir ki,  ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər.

O, Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib. Təbii ki, müharibənin dayandırılması üçün rəsmi Vaşinqton rəsmi Moskvaya da müəyyən vədlər verib. Tramp Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında bu barədə danışarkən deyib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, ancaq bunu Ukraynada sülh yolu ilə nizamlanmaya nail olduqdan sonra edəcək.

Eyni zamanda, Tramp Putini çox ağıllı siyasətçi adlandırıb və Ukrayna ilə bağlı sazişin bağlana biləcəyinə əminliyini ifadə edib:

“Rusiya Federasiyası da Ukraynada nizamlanma üçün güzəştə getməli olacaq”.

Göründüyü kimi, Tramp bu münaqişəni durdurmaq istəyir. Ancaq bu istək humanist ideyalardan qaynaqlanmır. ABŞ bu müharibəni sonlandırmaqla həm Ukraynanın sərvətlərini birdəfəlik ələ keçirmək, həm də Rusiya ilə münasibətləri bir qədər normallaşdırmaq istəyir.

Trampın öz istəklərinə nə qədər yaxın olduğu isə sabah bəlli olacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Türkiyə millisi ¼ FİNALDA

Türkiyə millisi ¼ FİNALDA

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

“Barselona” Levandovskiyə əvəzləyici TAPDI

“Barselona” Levandovskiyə əvəzləyici TAPDI

Qızından Lalə Azərtaşı sevindirən sürpriz - FOTO

Qızından Lalə Azərtaşı sevindirən sürpriz - FOTO

End of content

No more pages to load

RADİO