“ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, ancaq bunu Ukraynada sülh yolu ilə nizamlanmaya nail olduqdan sonra edəcək”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında deyib.
Tramp Putini çox ağıllı siyasətçi adlandırıb və Ukrayna ilə bağlı sazişin bağlana biləcəyinə əminliyini ifadə edib:
“Rusiya Federasiyası da Ukraynada nizamlanma üçün güzəştə getməli olacaq”.
ABŞ prezidenti qeyd edib ki, Çin və Rusiya ilə yaxşı əlaqələr quracağına ümid edir.
Bizim.Media