Tesla-nın CEO-su İlon Maskın sərvəti şirkətin səhmlərinin qiymətinin düşməsi nəticəsində 22,2 milyard dollar azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd edilir ki, Tesla-nın bazar kapitallaşması son 3 ayın ən aşağı səviyyəsinə, bir trilyon dollardan da aşağı düşüb.
Buna baxmayaraq, Mask Amazon-un qurucusu Ceff Bezos və Mark Zukerberqi qabaqlayaraq dünyanın ən varlı adamı olaraq qalır.
Bizim.Media