Moskva vilayətinin Mıtişi şəhərində “Porsche” markalı avtomobil zibil qutusuna atılıb.
Bizim.Media xəbər verir ki, qırmızı bantla bəzədilmiş maşın Sevgililər günündə qıza hədiyyə olaraq alınıbmış.
Belə ki, şəhər sakini qəzadan sonra zədələnmiş, işlənmiş “Porsche”ni alıb və düzəldəcəyinə söz verərək fevralın 14-də qırmızı bantiklə bəzəyərək sevgilisinə hədiyyə edib. Lakin qız sevgilisinin bu sürpizini xoş qarşılamayıb.
Onun hədiyyəsini bəyənmədiyini görən oğlan əsəbiləşib və “Porsche”ni zibil qutusuna atıb.
Bizim.Media