ABŞ prezidenti Donald Tramp Qəzza zolağının gələcəyinə dair süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı o, rəsmi "Instagram" hesabında paylaşım edib.
Yayımlanan videoda süni intellekt viran olmuş Qəzzanı çiçəklənən mərkəzə çevirib.
Görütülərdə həmçinin amerikalı iş adamı İlon Maskın pul yağışı altında rəqsi, saqqallı rəqqasələr, Trampın özü və qızıl heykəli əks olunub. Finalda isə Tramp və Netanyahu çimərlikdə dincəlir.
Qeyd edək ki, Tramp ABŞ-ın Qəzzanı nəzarətə götürəcəyinə və fələstinlilərin köçürüləcəyinə dair dəfələrlə bəyanat yayıb.
Bizim.Media