BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, qətnamə Ukrayna münaqişəsi ilə bağlı qəbul edilib.
Səsvermə yolu ilə qəbul edilən qərarı 93 ölkə dəstəkləyib,18 dövlət əleyhinə olub. 65 ölkə isə bitərəf qalıb.
Qətnamə Rusiyanı təcavüzkar ölkə adlandırır və qoşunların Ukrayna ərazisindən onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində çıxarılmasını tələb edir.
Bizim.Media