Bu tarixdən Rusiya və Türkiyə vətəndaşları Azərbaycana səfər edə biləcəklər - RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargah epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.

Bizim.Media-nın məlumatına görə, qərarda deyilir ki, ilkin mərhələdə 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə aşağıda müəyyən edilmiş şərtlərlə səfər edə biləcəklər:

- Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.

Yaxın gələcəkdə epidemioloji vəziyyət və əhalinin vaksinasiya səviyyəsi əsas götürülərək digər ölkələrin vətəndaşlarının də hava yolu ilə Azərbaycan Respublikasına girişinin bərpa edilməsi məsələsi baxılmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

End of content

No more pages to load

RADİO