Misli Premyer Liqasının XXIV turunun bu gün keçirilməli olan “Zirə” – “Kəpəz” oyunu təxirə salınıb.
Gəncə klubundan Bizim.Media-ya verilən məlumata görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Zirə İdman Kompleksinin meydançası qara büründüyündən matç bu gün baş tutmayacaq.
Qeyd edək ki, görüş saat 17:00-da başlamalı idi.
Bizim.Media