İsrail HƏMAS qrupu ilə razılığa əsasən, şənbə günü azad edilməli olan fələstinli məhbusların azadlığa buraxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Mənbə qeyd edir ki, HƏMAS tərəfindən dəfələrlə pozuntular, o cümlədən girovlarımızın ləyaqətinə xələl gətirən mərasimlər və girovlarımızdan təbliğat məqsədləri üçün rüsvayçılıqla istifadə edilməsini nəzərə alaraq, dünən üçün planlaşdırılan terrorçuların azad edilməsi təxirə salınıb.
Bizim.Media