Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı

“Rusiya Ukrayna ordusunu dağıda bilməyəcək və məcbur olacaq ki, Kiyevin mövqeyini nəzərə alsın”.

Bizim.Media globalinfo.az-a istinadən xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş lideri, hazırda həbsdə olan İqor Strelkov deyib.

O, Ukraynada döyüşlərin bitməsi ehtimalının hələlik dumanlı olduğunu bildirib:

"Trampda optimizmin olması təbiidir. ABŞ böyük xarici siyasi uğur əldə edib, ən azından vasitəçilik funksiyasını monopoliyaya ala bilib. Bu isə diplomatiyada elə də kiçik uğur deyil. Məsələn, son dəfə ABŞ Rusiya ilə onun rəqibləri arasında vasitəçiliyi 120 il əvvəl ediblər.

Söhbət Rus-Yapon müharibəsinin sonundan gedir ki, orada da müharibə ABŞ-da Portsmunt müqaviləsinin bağlanması ilə bitdi. ABŞ Rusiyaya şərt kimi nə irəli sürüb, bilmirik. Lakin güman edə bilərəm ki, şərt bizim üçün uyğun deyil, ona görə də açıqlamırlar. 

Trampın bizə Ukraynanı Çinə qarşı ittifaq qarşılığında verəcəyi fikri ilə də razılaşmıram. Əminəm ki, Tramp bizə ümumiyyətlə heç nə verməyəcək, amma əvəzində çox şey götürə və hər şeyi bağışlayacağını söz verə bilər. Amma Tramp NATO-dakı müttəfiqlərinə mane olmayacaq, Ukraynanı isə dəyənək kimi dəstəkləyəcək ki, Moskvanı onun istədiyi güzəştləri qəbul etməyə məcbur edə bilsin. Bəziləri sevinir ki, Ukrayna danışıqlarda subyekt deyil.

Bəli, elədir, amma heç kim Ukraynanı Rusiyanın hərbi düşməni statusundan məhrum edə bilməz, çünki 3 il ərzində təkcə dağılmaqdan xilas olmadı, həm də Rusiyaya bərabər formada müqavimət göstərdi.

Ona görə də Ukraynanı hesabdan silmək çox tezdir. Vaşinqton və Moskva bunu istəsə də, istəməsə də nəzərə almalı olacaqlar.

Situasiyanı dəyişmək olar, bunun üçün Ukrayna ordusuna ən azından böyük məğlubiyyətlər yaşatmaq lazımdır. Lakin belə başa düşürəm ki, Moskvanın gündəmində indi belə məsələ yoxdur. Bu da bizim danışıqlardakı mövqeyimizin zəif olduğunu göstərir. Bununla belə mən müharibənin yaxın həftələr və aylarda bitəcəyini proqnozlaşdırmıram. Bizim ölkənin içində olduğu sistem böhranının isə gələcəyi yoxdur və o daha da dərinləşəcək".
 

Qeyd edək ki, Strelkov Ukrayna tərəfindən axtarışdadır. Moskva onu 2014-cü ildə Ukraynada separatçı ocaqlarının yaradılması, inkişafı və Kiyevə qarşı müharibənin başlanmasında aktiv fiqur kimi istifadə edib.


Rusiyada isə o, Priqojin qiyamından sonra bir sıra digər millətçilər kimi həbs edilib. Həbsinin əsl səbəbi bilinmir, amma bəzi ekspertlər bunu Rusiya elitasındakı qarşıdurmanın nəticəsi kimi görürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirildi

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

End of content

No more pages to load

RADİO