Roma Papası Fransiskin vəziyyəti ağır olaraq qalır.
Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səhər saatlarında vəziyyəti pisləşən Papada astmatik tənəffüs böhranı müşahidə edilib və ona qan köçürülüb.
Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Ötən günlərdə keçirilən görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.
Bizim.Media