HƏMAS hərəkatı daha 4 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Azad edilən şəxslər artıq ölkə sərhədini keçərək təhvil alma məntəqəsinə çatdırılıblar.
Azad edilən girov arasında 2 nəfər - Xişam Əl-Seyid və Avera Mengistu 10 il HƏMAS əsirliyində olublar.
Qeyd edək ki, razılaşmaya əsasən HƏMAS bu gün İsrail tərəfinə daha 2 girovu da təhvil verib.
Bizim.Media