“Zelenskinin Ukrayna ilə bağlı görüşə dəvət olunmamasının səbəbi indiyədək danışıqları zəif aparması olub”
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "CBS News"un müxbiri Cennifer Jacobs-a müsahibəsi zamanı bildirib.
Tramp qeyd edib ki, Zelenskinin Rusiya ilə danışıqlar üçün “kartları” yoxdur.
Amerika lideri fevralın 12-də ABŞ-ın maliyyə naziri Skot Bessentin Kiyevə səfərini də əbəs yerə adlandırıb.
Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Bizim.Media