Bu gün Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, görüş Yohannesburqda G20 ölkələrinin XİN rəhbərlərinin 27-ci görüşü çərçivəsində baş tutub.
Fidan və Lavrov Rusiya-Ukrayna müharibəsinə son qoymaq prosesini qiymətləndirib, həmçinin son vaxtlar münaqişə ilə bağlı aparılan danışıqları müzakirə ediblər.
Bizim.Media