İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğulayıb.

Son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən Prezident İlham Əliyev bunu əlaqələrimizin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirib. Dövlət başçısı ölkələrimizin parlamentlərarası əlaqələrinin genişləndiyini qeyd edib və İran İslam Şurası Məclisinin sədrinin Azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub. Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu dəhlizin Azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü deyib. Dövlət başçısı Ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd edib.

Prezident İlham Əliyev regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu deyib, 3+3 formatının əhəmiyyətini vurğulayıb.

Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarının Məsud Pezeşkiana çatdırılmasını xahiş edib.

Qonaq Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyib, iki ölkə arasında səfərlərin intensiv xarakter daşımasından məmnunluğunu diqqətə çatdırıb.

Azərbaycan ilə İran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu vurğulayan Məhəmməd Baqir Qalibaf bu xüsusda hökumətlərarası komissiyanın işinin daha da intensivləşdirilməsinin vacibliyinə toxunub.

Ölkəsinin Azərbaycanla birlikdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında ortaq maraqları bölüşdüyünü deyən qonaq İranın regionun məsələlərinin region ölkələri tərəfindən həll edilməsi yanaşmasını dəstəklədiyini bildirib. O, Azərbaycan ilə İranın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini və yaxından əməkdaşlıq etdiklərini vurğulayaraq, 3+3 formatının əhəmiyyətini qeyd edib.

Məhəmməd Baqir Qalibaf dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Zaqatalada AĞIR QƏZA

Zaqatalada AĞIR QƏZA

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

End of content

No more pages to load

RADİO