ABŞ Senatı bankir Hovard Latnikin Birləşmiş Ştatların ticarət naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Bizim.Media vesti.ru-ya istinadən xəbər verir ki, 51 senator Latnikin namizədliyinin lehinə, 45 senator isə əleyhinə səs verib.
Xatırladaq ki, onun namizədliyini Ağ Evin rəhbəri Donald Tramp irəli sürüb.
Qeyd edək ki, Latnik ABŞ Ticarət Nümayəndəliyinin ofisinin fəaliyyətinə, eləcə də ABŞ-ın ticarət və tarif gündəliyinə görə cavabdehlik daşıyacaq.
Bizim.Media