Qazaxıstanda mədəndə çökmə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kazinform məlumat yayıb.
Bildirilib ki, Ulytau şəhərinin Janaarkinski rayonunda Jomart mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb.
Mədənin sahibi olan “Kazakhmys” şirkəti aydınlaşdırıb ki, çökmə nəticəsində işçilərlə əlaqə kəsilib.
Hazırda xilasetmə işlərinə 21 xilasedici və 7 texnikanın cəlb olunduğu məlum olub. Hadisə yerinə 3 həkim briqadası da gedib. Ulytau səlahiyyətliləri hələlik itkilər barədə məlumat verilmədiyini bildiriblər.
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Bizim.Media