Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayıldı - FOTO

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın növbəti “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

Bizim.Media xəbər verir ki, Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir:

“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir olan şəriki Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.
 

Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”-da açılmış 024071984024 №li hesabına köçürmüşdür.


Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.

Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.
 

Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu kütləsinə təqdim edir.


Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərsilah”ın zavodunda qəza – YARALI VAR

“Azərsilah”ın zavodunda qəza – YARALI VAR

Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

Şəkidə dəhşətli cinayət: Namaza gedən iki nəfəri avtomobillə vurub öldürdü

İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA

İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA

Yaşar Nurinin qızı tənqid hədəfinə çevrildi — VİDEO

Yaşar Nurinin qızı tənqid hədəfinə çevrildi — VİDEO

Samuxda maşın aşdı - 4 nəfər xəstəxanalıq oldu

Samuxda maşın aşdı - 4 nəfər xəstəxanalıq oldu

Yanvarın 1-dən qaydalar dəyişir - Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq

Yanvarın 1-dən qaydalar dəyişir - Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - SOS

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə - Fotolar

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Özəl sektorda çalışanlara XƏBƏRDARLIQ

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

BMT-də bu gün debatlar başlayır - İlk çıxışı Braziliya Prezidenti edəcək

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Gəncədə zərcirvari qəza- YARALILAR VAR

Laçın şəhərinə növbəti köç karvanı yola salındı – FOTO

Laçın şəhərinə növbəti köç karvanı yola salındı – FOTO

BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 23 sentyabrda baş vermiş tarixi hadisələr

Türkiyə klubu məşhur futbolçu ilə danışıqlara BAŞLADI

Türkiyə klubu məşhur futbolçu ilə danışıqlara BAŞLADI

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

İkinci Liqa: “Şəmkir” səfərdə uduzdu

Bunları bilmədən yumurta ALMAYIN

Bunları bilmədən yumurta ALMAYIN

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

“Neftçi”dən gedən hücumçu bu kluba KEÇDİ

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

End of content

No more pages to load

RADİO