Eynşteynin Atatürkə məktubu: 40-dan çox yəhudi alimi necə xilas edildi?

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 57 illik həyatında bir çox önəmli proseslərə, hadisələrə imza atan siyasəçi olub. Onun yəhudi xalqına da böyük yardım göstərdiyi məlumdur.

Bizim.Media lent.az-a istinadən məşhur alim, Fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteynin Mustafa Kamal Atatürkə məktubunu xatırladır.

Ötən əsrin 30-cu illərində Almaniyada hakimiyyətdə olan Nasional-Sosialist Partiyası və onun lideri Adolf Hitler ölkədə yaşayan yəhudi mənşəli vətəndaşlara qarşı milli zəmində ayrı-seçkilik etməyə, onların hüquqlarını məhdudlaşdırmağa başladı.

Məhz bu məqamda İsveçrə yəhudilərinin "Yəhudi Sakinlərin Rifahının Qorunması Uğrunda OSE İcmalar İttifaqı" təşkilatı 1933-cü ilin sentyabrında Türkiyəyə yardım məktubu göndərdi.

Məktubda Almaniyada yaşayan, təqiblərə məruz qalan yəhudi mənşəli tanınmış alim və ictimai xadimlərə Türkiyədə sığınacaq verilməsi istənilirdi. Məktubu OSE təşkilatının fəxri prezidenti Albert Eynşteyn yazmışdı.

"Möhtərəm zati-ailələləri, Sizə müraciət edərək Almaniyadan 40 professor və doktorun öz elmi və tibbi fəaliyyətini Türkiyədə davam etdirməsi üçün sizdən xahiş edirəm. Bu gün Almaniyada mövcud olan qanunlar yuxarıda adı çəkilən fəaliyyətləri mümkünsüz edib. Həmin insanların mütləq əksəriyyəti böyük təcrübəyə, biliyə və elmi nailiyyətlərə malikdir. Ölkəmizə gəlib, böyük fayda verə bilərlər. Xahişimizə müsbət cavab verməklə, sizin hökumətiniz yalnız böyük humanizm aktı göstərməyəcək, həm də öz ölkənizə böyük fayda vermiş olacaqsınız" , - deyə Eynşteyn məktubda yazırdı.
 

Məktub Türkiyənin o zamankı baş naziri İsmət İnönünün adına yazılmışdı. Yəhudi alimlərə icazə müəyyən prosedurlardan sonra prezident Mustafa Kamal Atatürk tərəfindən şəxsən verilmişdi. Eynşteynin söz verdiyi kimi, Almaniyadan gələn yəhudi alimlər qaçqın kimi gəldikləri Türkiyədə ölkənin təhsil sisteminin modernləşdirilməsinə, sosial və elm sahəsinə böyük töhfə verdilər. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra onların əksəriyyəti ABŞ və digər Qərb ölkələrinə köçdü.



Amerikalı professor Arnold Reismanın fikrincə, Atatürkün jesti həmin 40 alimi labüd ölümdən xilas edib, həmçinin, Türkiyənin inkişafı üçün də faydalı addım olub.

Sürgündə olan almandilli alimlərin tarixini tədqiq edən amerikalı professor Reisman "Türkiyənin modernləşdirilməsi" adlı kitabında bu məqama toxunub:

"Amerika universitetlərində və xəstəxanalarındakı antisemitizmə görə çoxsaylı yəhudilər ABŞ-a gedə bilmədi. ABŞ Dövlət Departamentinin avropalı yəhudilərə viza verilməsinə az maraq göstərməsi, Türkiyəyə isə bu insanların malik olduğu beyin və bacarıq axınına ehtiyacı olması bu problemləri daha da ağırlaşdırdı... Və onların həyatları ona görə xilas oldu ki, məhz o vaxt Türkiyə Osmanlı İmperiyasının ağır qalıqlarını atmağa çalışır, öz cəmiyyətini, mədəniyyətini, həyat tərzini və ali təhsil sistemini müasirləşdirirdi".

Hazırda həmin tarixi məktub Avropa Yəhudi Kitabxanasında yerləşir. Kitabxana Brüsseldə Aİ bina kompleksində yerləşir. O, keçmiş AB komissarı Leon Qordon tərəfindən həyat yoldaşı Marinin xatirəsinə təsis edilib və 2005-ci ildə açılıb. Onun kolleksiyasında bu gün Avropa İttifaqının bütün dillərində 3 mindən çox kitab var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

End of content

No more pages to load

RADİO