"Fənərbağça"nın futbolçusu Cengiz Ünder karyerasını ABŞ-da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Los Anceles" türk vingeri icarəyə götürəmə yaxındır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
MLS təmsilçisi Cengizi 1,2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürəcək. Futbolçunun maaşını iki klub birlikdə ödəyəcək. "Los Anceles" 27 yaşlı ön xətt oyunçusunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İspanbul təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media