"Televiziya-televiziya gəzib bizi təxribata çəkməyə çalışırlar"

"Qalatasaray"ın prezidenti Dursun Özbek Superliqanın 23-cü turunda "Adana Demirspor"la matçda yaşanan hadisələrlə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, qadın komandası üçün sponsorluq müqaviləsinin imzalanması mərasimində bu haqda danışıb.

Bazar günü Superliqada “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb.

30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub rəhbərliyinin tələbi ilə bu addımı atıb.

D.Özbek isə məsələni belə şərh edib:

"Bazar günü oyun keçirdik və tamamlamaq nəsib olmadı. İdman baxımından dəyərləndirilə biləcək bir şey yoxdur. Hadisənin pərdəarxasını, necə baş verdiyini dəyərləndirmək lazımdır. Bildiyiniz kimi, son vaxtlar ölkəmizdə matçlarla bağlı müzakirələr futbolçuların oyununun dəyərləndirilməsindən kənara çıxarılır. Davamlı provokasiya tipli hərəkətlər edilir.

Bu, "Qalatasaray"ı məyus edir. Futbolun belə hala gəlməsi həm ölkənin marka dəyərinə zərər verir. həm də neqativ fikirlərə səbəb olur.

Bunu aradan qaldırmağımız lazımdır. Futbol ictimaiyyətinə səslənirəm, belə hərəkətlərin Türkiyə futbolunun gələcəyini qaraltdığını dərk etməliyik.
 

"Qalatasaray"ın rəqibi olan hər kəs televiziya-televiziya gəzib ta fərqli sözlərlə, qəribə iddialarla "Qalatasaray"ı təxribata çəkməyə çalışır. Keçmişdə də belə şeylər etmişdilər. Amma heç bir fayda verməmişdi. Türk ədaləti məsələni aydınlığa qovuşduracaq, bu  hadisələrin nəyə xidmət etdiyini göstərəcək. Ötən gün İstanbul Cümhuriyyət Prokurorluğuna müraciət etdik.


"Qalatasaray" provokasiyaya yönəlmiş heç bir hadisənin içində olmayacaq. Bizim bir məqsədimiz var, o da Türkiyə futboluna xidmət etməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

End of content

No more pages to load

RADİO