Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"ə müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində bildirilib.

Bildirilib ki, Ermənistan baş nazirinin 2025-ci fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
 

"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.



44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir",-məlumatda qeyd olunub.

A.Hacızadə vurğulayıb ki, Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir:

"Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil".

Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.


Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Kosmosda yeni növ obyekt AŞKARLANDI

Maliyyə Nazirliyi növbəti depozit hərracı TƏŞKİL ETDİ

Maliyyə Nazirliyi növbəti depozit hərracı TƏŞKİL ETDİ

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov

Probiotiklərin potensialyan təsirləri və riskləriAÇIQLANDI

Probiotiklərin potensialyan təsirləri və riskləriAÇIQLANDI

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

"Beşiktaş"ın futbolçusu Yunanıstan KLUBUNDA

Mədinə şəhəri səmasında ralet VURULDU - İsrailə atılıbmış - VİDEO

Mədinə şəhəri səmasında ralet VURULDU - İsrailə atılıbmış - VİDEO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Türkiyə Bakı-İrəvan arasında yekun sülhün BU TARİXDƏ imzalanacağını gözləyir

Türkiyə Bakı-İrəvan arasında yekun sülhün BU TARİXDƏ imzalanacağını gözləyir

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov

"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

BMT-də Fələstinin tanınmasına dair SƏSVERMƏ KEÇİRİLDİ - Azərbaycan lehinə səs verdi

BMT-də Fələstinin tanınmasına dair SƏSVERMƏ KEÇİRİLDİ - Azərbaycan lehinə səs verdi

Aysel “Yetim Elçin”dən DANIŞDI: “Başqa qadından iki uşağı var” - VİDEO

Aysel “Yetim Elçin”dən DANIŞDI: “Başqa qadından iki uşağı var” - VİDEO

Millimiz böyük hesabla Gürcüstana UDUZDU

Millimiz böyük hesabla Gürcüstana UDUZDU

Tibbdə İNQİLAB: Sümüklərin böyüməsini sürətləndirən implant

Tibbdə İNQİLAB: Sümüklərin böyüməsini sürətləndirən implant

Salyanda böyürtkən yığan 62 yaşlı kişi GÜLLƏLƏNDİ

Salyanda böyürtkən yığan 62 yaşlı kişi GÜLLƏLƏNDİ

Rusiyanın dondurulmuş aktivləri TƏHLÜKƏ ALTINDA

Rusiyanın dondurulmuş aktivləri TƏHLÜKƏ ALTINDA

“Qarabağ”-“Zirə” oyununda heç-heçə - VİDEO

“Qarabağ”-“Zirə” oyununda heç-heçə - VİDEO

Natavanın oğlu ilə əyləncəsi - VİDEO

Natavanın oğlu ilə əyləncəsi - VİDEO

Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Gənclər şəhərciyində yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Putin: “Gələcək dünya sevgiyə və dostluğa əsaslanacaq, kibereqoistlərə yox” - VİDEO

Məşhur tarixi parkın yenidən qurulmasına 13 milyon dollar AYRILDI - FOTO

Məşhur tarixi parkın yenidən qurulmasına 13 milyon dollar AYRILDI - FOTO

Birinci Liqa: “Səbail” mövsümə qələbə ilə BAŞLADI

Birinci Liqa: “Səbail” mövsümə qələbə ilə BAŞLADI

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

Polşa XİN: “Rusiya ilə diplomatik əlaqələri kəsməyəcəyik, lakin…”

End of content

No more pages to load

RADİO