“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında əlavə su mənbələrinin yaradılması ilə bağlı qiymətləndirmə işləri aparır.
Bizim.Media xəbər verir ki, bunu qurumun sədr müavini Rafiq Aslanov bildirib.
Onun sözlərinə görə adıçəkilən rayonlarla yanaşı, Kəlbəcər rayonunda da əlavə su mənbələri var:
“Biz çalışırıq ki, oralarda suyun toplanması üçün tədbirlər görək. Bunun üçün müəyyən işlər aparmışıq və gələn həftə hökumətə təqdim etmək istəyirik. Məsələn, Həkəriçayın suyu təmiz sudur və mənfur qonşularımızın ərazisindən keçməyən, təmiz su toplanan hissəsində su anbarının tikintisini nəzərdə tuturuq”, - deyə o qeyd edib.
Bizim.Media