ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Yaponiyanın Baş naziri Siqeru İsiba ilə görüşündə jurnalistlərə deyib.
“Yəqin ki, Putinlə danışacağam”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti bu söhbətin nə vaxt baş tuta biləcəyini dəqiqləşdirməyib.
“Mənim Putinlə həmişə yaxşı münasibətim olub”, - deyə o əlavə edib.
Bizim.Media