Azərbaycan ordusu daha bir neçə kəndi işğaldan azad edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını tvitter hesabında yazıb:
"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər
Xocalının Şuşakənd, Muxtar, Daşaltı
Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq
Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi
Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər
Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli
Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir".
"Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bizim.Media