“Əvvəl atam haqda ağzına gələni deyirdi, indi Səməd Vurğunu şərləyir”

“Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar deyib. 

O, Əlisa Nicatın Xalq şairi ilə bağlı dediklərinə etiraz edib:

“Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfi adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq? Səməd Vurğunun oğulları yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar. Səməd Vurğun şöhrətli adamdır. Bilirlər ki, onun adını çəkib 2 gün gündəmdə olacaqlar. Gündəmdə olmaq üçün təkcə Səməd Vurğunu yox, elə dədələrini də satarlar”.

Yazıçı Ə.Nicata təqaüd verilməsindən də söz açıb:
 

“Əlisa Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Əvvəlcə gəlib yalvarırlar, deyirlər, ehtiyacım var və sair. Sonra da məlum olur ki, ehtiyacları da yoxdur. Tonlarla kitablarını nəşr edirlər. Əlisa təqaüdü alandan sonra deyir ki, Yazıçılar İttifaqı lazımsızdır. Əgər lazımsızdırsa, gəl üzvlükdən çıx da”.


Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd Vurğun haqqında danışarkən ona “yaltaq şair” dediyi üçün sərt tənqid olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən MÜRACİƏT

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən MÜRACİƏT

Krımda ən böyük neft terminalı yandı – ANBAAN VİDEO

Krımda ən böyük neft terminalı yandı – ANBAAN VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Tramp niyə Bayden kimi pilləkəndən yıxılmır? – SİRRİNİ ÖZÜ AÇDI - VİDEO

Tramp niyə Bayden kimi pilləkəndən yıxılmır? – SİRRİNİ ÖZÜ AÇDI - VİDEO

Oktyabrda böyük sevgi yaşayacaq 3 BÜRC

Oktyabrda böyük sevgi yaşayacaq 3 BÜRC

Naxçıvanda müəllim dərs zamanı vəfat etdi – VİDEO

Naxçıvanda müəllim dərs zamanı vəfat etdi – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ - "Bazarı keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər bürüyüb" - SENSASİON AÇIQLAMA

Əhaliyə XƏBƏRDARLIQ - "Bazarı keyfiyyətsiz yağlar, mənşəyi bilinməyən ətlər bürüyüb" - SENSASİON AÇIQLAMA

Mers İsraili dəstəklədi: “Avroviziya”dan kənarlaşdırılarsa...

Mers İsraili dəstəklədi: “Avroviziya”dan kənarlaşdırılarsa...

GÜNÜN HAVASI: Külək, çiskin...

GÜNÜN HAVASI: Külək, çiskin...

MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

5 gün ardıcıl iş olmayacaq - TƏQVİM

5 gün ardıcıl iş olmayacaq - TƏQVİM

Azərbaycanda bu şəxslərə mənzillər veriləcək

Azərbaycanda bu şəxslərə mənzillər veriləcək

Qızılın qiyməti tarixi rekordu yenilədi

Qızılın qiyməti tarixi rekordu yenilədi

Çox nadir hallarda xarab olan avtomobillər - SİYAHI

Çox nadir hallarda xarab olan avtomobillər - SİYAHI

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Gəncədə qonşular dalaşdı - Bir nəfər xəstəxanalıq oldu

Gəncədə qonşular dalaşdı - Bir nəfər xəstəxanalıq oldu

Samuxda oğlan keçmiş qayınatası tərəfindən döyüldü

Samuxda oğlan keçmiş qayınatası tərəfindən döyüldü

"HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə razılaşdı

"HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə razılaşdı

Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatdı

Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatdı

"Sevilya" "Barselona"nı darmadağın etdi

"Sevilya" "Barselona"nı darmadağın etdi

Sirkdə FACİƏ: Tamaşaçıların gözü qarşısında CAN VERDİ

Sirkdə FACİƏ: Tamaşaçıların gözü qarşısında CAN VERDİ

Xocavənddən könüllü gedən erməni HƏBS OLUNDU - FOTO

Xocavənddən könüllü gedən erməni HƏBS OLUNDU - FOTO

End of content

No more pages to load

RADİO