“MTV” və “Dünya TV”nin yayımı DAYANDIRILACAQ

Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilib.

Audiovizual Şuradan Bizim.Media-ya verilən məlumata görə, 03 fevral 2025-ci il tarixində, saat 21.28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub.

Bildirilib ki, həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunmuş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.

Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19.40-da "Dünya TV" kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulub.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08.00-11.00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Oljas Bektenov Azərbaycana səfər edəcək

Oljas Bektenov Azərbaycana səfər edəcək

Zelenski İlham Əliyevə zəng etdi - FOTO

Zelenski İlham Əliyevə zəng etdi - FOTO

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

İlk dəfə qızından danışdı...

İlk dəfə qızından danışdı...

CNN-in qurucusu Ted Törner vəfat etdi

CNN-in qurucusu Ted Törner vəfat etdi

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Tələbələrdən müəllimlərinə unudulmaz JEST – FOTO/VİDEO

Tələbələrdən müəllimlərinə unudulmaz JESTFOTO/VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Bəzi ərazilərdə QAZ olmayacaq

Bəzi ərazilərdə QAZ olmayacaq

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

ABŞ təklif göndərdi - İran isə hələ CAVAB VERMİR

ABŞ təklif göndərdi - İran isə hələ CAVAB VERMİR

Bu yolda radar nəzarəti gücləndirildi - Yol Polisindən XƏBƏDARLIQ

Bu yolda radar nəzarəti gücləndirildi - Yol Polisindən XƏBƏDARLIQ

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

End of content

No more pages to load

RADİO