Xəbər verdiyimiz kimi, dünən Tehranda neft emalı zavodunda yanğın olub. Əldə edilən informasiyaya görə, yanğın qəzalı vəziyyətdə olan xətlərin birində baş verib.
Bizim.Media xəbər verir ki, məlumatı İranın Mehr agentliyi yayıb.
Mənbə yazır ki, hadisə yerinə təcili yardım xidmətləri və yanğınsöndürənlər göndərilib. Ölənlər barədə hələ məlumat verilməyib.
İran neft emalı zavodunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şaker Xafai yanğının təxribat xarakterli olmadığını deyib.
"Sabotaj versiyası istisna edilir. Yanğın texniki problem nəticəsində meydana gəlib". IRIB telekanalı Xafainin sözlərindən sitat gətirib.
Tehranın böhran əleyhinə idarəsinin müdiri Mansur Daracatinin ISNA-ya verdiyi məlumata görə, "alovu tamamilə söndürmək üçün borulardakı yanacaq tamamilə yanmalıdır".
Bizim.Media