Trampın YARDIM ŞƏRTİ – Ukrayna silah istəyirsə, sərvətlərini ABŞ-a verməlidir...

ABŞ Prezidenti Donald Tramp fevralın 3-də bəyan edib ki, ölkəsinə Ukraynadakı elektronika sahəsində istifadə olunan nadir təbii ehtiyatlardan istifadəyə girişə icazə verilməsi üçün Kiyevlə razılığa gəlmək istəyir. Tramp məhz bunun qarşılığında Kiyevə yardım təklif etmək istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın Ukraynadan YENİ TƏLƏBİ: “Yardım yalnız bu halda davam etdiriləcək” – VİDEO



Bu barədə “RBC-Ukrayna”ya Prezident Ofisindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, bu metalların birgə hasilatı ideyası Ukrayna Prezidenti Volodimir Zelenskinin “qələbə planında” yer alıb.

Nəşrin həmsöhbəti iddia edib ki, Ukrayna lideri bu məsələni hələ payızda Trampla müzakirə edib və razılığa gəliblər:

“Bu, qələbə planının bir hissəsi idi. Bizim xüsusi ehtiyatlarımız var, xüsusən nadir təbii ehtiyatlarımız-uran, litium, titan və Rusiyanın bunu almaması vacibdir. Buna görə də prezident bunun xüsusi olaraq qorunub saxlanmasını və əsas tərəfdaşlarla xüsusi istifadə edilməsini təklif edib”.

Üstəlik, Tramp özü də bu istəyini açıq şəkildə etiraf edib. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcək. ABŞ Prezidenti bununla Vaşinqtondan Kiyevə verilən təxmini 300 milyard dollarlıq dəstəyi Ukraynanın “kompensasiya” etməsini istəyir.

Qeyd edək ki, nadir təbii ehtiyatlarına görə Ukrayna Avropanın ən zəngin ölkəsidir. Bu nadir təbii ehtiyatların dəyərinin yeddi trilyon dollar civarında olduğu təxmin edilir.

Zelenski müharibəni davam etdirmək üçün təbii sərvətləri ABŞ-a təslim edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Kiyev Trampın sözügedən təklifinə razı olmaq məcburiyyətidədir. Çünki iqtisadiyyatı həddən çox çöküb:

“3 ildir davam edən müharibə fonunda Ukraynanın iqtisadi sistemi də çox ağır durumdadır. İstehsal azalıb. İnfrastruktur layihələri də iflic olub. Belə vəziyyətdə də Kiyev çıxış yolları arayır. Ukraynanın  aydın antiböhran proqramı da yoxdur. Bir tərəfdən də Zelenski seçkiyə getməkdən çəkinir. Yaranmış bu boşluqlar da Ukrayna xalqının maraqlarına zərbə vurur. Bu durumda isə ölkə üçün valyuta axını mühüm əhəmiyyət kəsb edir.

Hələ sovet dönəmində fəaliyyətə başlayan və Ukraynada yerləşən “Yujmaş” istehsalat birliyi Rusiyaya strateji mühərriklər, raket başlıqları və s. ixrac edirdi. Ukraynanın xarici siyasət vektorunu dəyişməsilə yaranmış vəziyyət öz təsirini iqtisadi sistemə də göstərdi. Qərb Rusiya ilə Ukrayna arasında nifaq saldı və bu Ukrayna xalqına baha başa gəldi”.

Politoloq qeyd edir ki, Trampın irəli sürdüyü həmin təklif realist bir təklifdir:

“O, real vəziyyəti qiymətləndirə bilən siyasətçidir. Çünki Kiyevin bazara çıxara biləcəyi başqa ciddi məhsulları yoxdur. Ona görə də Tramp elə bir təklif verib ki, həm öz ölkəsinə, həm də Ukraynaya xeyri olsun. Əvvəl-axır Ukraynanın qərar verən instansiyaları bu təkliflə razılaşmalı olacaqlar. Vaxtilə Ukraynada qara torpaqların xaricilərə satışı təmin edildi. İndi isə növbə Ukraynanın nadir metallarına gəlib çatıb. Düşünürəm ki, Amerika şirkətləri qısa zamanda bu istiqamətdə fəaliyyətə keçəcəklər.

Burada söhbət sırf bazar münasibətlərindən gedir. Bazar siyasəti isə geosiyasi aləmin əsas komponentlərindən, elementlərindən biridir. Bundan da istənilən qüvvə istənilən tərzdə istifadə etməyə çalışır. Ona görə Trampı qınamağa dəyməz. Biznesmenlər hər zaman öz xeyirlərini uzaqdan görürlər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılıb”

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Hərbi jurnalist Şəmistan Nəzirli dəfn edildi

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO