Pirallahının qəribə KÜÇƏ ADLARI – Şəhidlərin yerinə niyə fars adlarından İSTİFADƏ OLUNUR?

Paytaxt sakinləri yeni küçə adlarından şikayətçidir.

Məsələ ilə bağlı Bizim.Media-ya müraciət edən sakinlər bildirib ki, Pirallahı rayonu ərazisindəki bağlar massivində son günlər küçə adları dəyişdirilir.

Amma küçələrə qəribə adlar verilir. Belə ki, əvvəlki küçə adları Cənub-1-2-3-4-5-6 və s. idi.

Amma indi Cənub sözü Gürgən adı ilə əvəzlənib. Məsələn, Gürgən-1-2-3-4-5-6 və s. Halbuki, Gürgən fars mənşəli sözdür və canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi – “an” ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur.

Şikayətçilər şəhidlərimizin, tarixi şəxsiyyətlərin adları yerinə, küçələrə fars mənşəli adın verilməsindən narazı olduqlarını dilə gətiriblər.

Məsələ ilə bağlı ilk olaraq Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanovla əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Gürgən Pirallahı rayonundakı qəsəbənin adıdır:

“Yeni küçə adları da buradan götürülüb”.

“Bəs, küçələrə niyə şəhidlərin, tarixi şəxsiyyətlərin adı verilmir?” – sualımıza isə Vəzir Səfixanov “Bu başqa şöbənin səlahiyyətinə aid məsələdir”, - deyə cavab verərək, dəstəyi asıb.

Məsələ ilə bağlı Baki Şəhər İcra hakimiyyətindən isə Bizim.Media-ya bildirilib ki, son illər ərzində Baki şəhərinin inzibati ərazisində yerləşən küçələrin böyük əksəriyyətinə adların verilməsi və standartlara uyğun olmayan küçə adlarının dəyişdirilməsi prosesi həyata keçirilib:

“Sözügedən küçələrin adlarına gəldikdə isə qeyd etmək istərdik ki, Gürgən Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbənin adıdır. Yəni küçələrin adları qəsəbənin adına uyğun olaraq adlandırılıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

Tramp: "Mən olmasaydım, İsrail məhv edilərdi"

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü — Səbəb

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA

Putin Rusiya ordusunun sayını artırdı

Putin Rusiya ordusunun sayını artırdı

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

"Amay"ın qarşısında kişinin başına DAŞ DÜŞDÜ

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qobustanda yeni avtomobil körpüsü tikildi

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Qusar Peşə Liseyində abadlıq işləri aparıldı - FOTO

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

End of content

No more pages to load

RADİO